Azərbaycan Premyer Liqasında iki oyunun başlama saatı dəyişdirildi

 19:30 08.08.2023     294

Azərbaycan Premyer Liqasında II turun iki oyununun başlama saatı dəyişdirilib.

Redaktor.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, avqustun 12-nə təyin olunmuş "Araz Naxçıvan" - "Qəbələ" matçı saat 18:30-da, "Zirə" - "Kəpəz" görüşü isə 21:00-da başlayacaq.

Qurumdan bildirilib ki, dəyişiklik təşkilati işlərlə əlaqədardır.