İdmançımız Belarusda qızıl medal qazandı

 21:03 08.08.2023     314

Belarusun paytaxtı Minsk şəhərində keçirilən II MDB Oyunlarında idmançımız Leyli Əliyeva 10m Pnevmatik tapança növündə qızıl medal qazanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyası məlumat yayıb.

Məlumat üçün bildirək ki, atıcımız Leyli Əliyeva iyul ayında Koreyanın Çanqvon şəhərində keçirilən Gənclər arasında Dünya Çempionatında bürünc medal qazanıb.