Serbiya klubu "Sabah"la oyundan öncə heyətini gücləndirdi

 21:29 08.08.2023     244

"Sabah"ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi olan Serbiya "Partizan"ı heyətini gücləndirib.

Redaktor.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, Belqrad təmsilçisi gənclər komandasından 18 yaşlı futbolçu Boqdan Mirçetiçlə peşəkar müqavilə imzalayıb. Hücumameyilli yarımmüdafiəçi 3 illik sözləşməyə qol çəkib.

O, ötən mövsüm öz komandası ilə gənclər liqasının qalibi olub.

Qeyd edək ki, "Sabah" və "Partizan" arasında ilk oyun avqustun 10-da Bakıda, cavab matçı isə bir həftə sonra Belqradda olacaq.