Azərbaycan komandası beynəlxalq voleybol turnirində 1/8 finala yüksəldi
Çimərlik voleybolu üzrə Azərbaycan komandası Latviyanın paytaxtı Riqada keçirilən Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA ) U-18 çempionatında 1/8 finala yüksəlib.
Redaktor.az-ın məlumatına görə, Muhamməd Aslanlı-Nəriman Bayramlıdan ibarət cütlük qrup mərhələsində iki oyun keçirib. Bir qarşılaşmada qələbə qazanan, digərində isə məğlub olan komanda 1/16 finala adlayıb.
Onlar bu raundda Polşanı təmsil edən Yakub Zdroyevski - Miçal Kuçarski duetinə 2:0 (21:15, 22:20) qalib gələrək 1/8 finala vəsiqə qazanıblar. Növbəti rəqib Litva olacaq.
Qeyd edək ki, Oqtay Qasımov və Camal Cəlilov ibarət komanda mübarizəni qrup mərhələsində dayandırıb.