Farer adaları Çempionlar Liqasında tarix yazır
Farer adalarının Avropa yarışlarının qrup mərhələsində oynayan ilk komandası “Klaksvik” tarix yazır.
Redaktor.az xəbər verir ki, Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində “Klaksvik” Norveçin “Molde” klubu ilə qarşılaşıb.
Ev sahiblərinin 2:1 hesabı ilə qalib gəldikləri matçda "Klaksvik"in hücumçusu Arni Frederiksberq hər iki qolun müəllifi olub. "Klaksvik"də 88 oyuna 33 qol vuran, 60 məhsuldar ötürmə edən hücumçu, eyni zamanda ÇL-də bu mövsüm 6 qolun müəllifidir. O, həmçinin Qida şirkətinin icraçı direktor vəzifəsində çalışır.
Qeyd edək ki, oyunun baş hakimi azərbaycanlı FİFA referisi Əliyar Ağayev olub.