“Beşiktaş” Bakıda

 17:15 09.08.2023     300

Türkiyənin “Beşiktaş” futbol klubu Bakıya gəlib.

Redaktor.az xəbər verir ki, UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Neftçi”nin qonağı olacaq “Beşiktaş” təmsilçilərini gətirən təyyarə artıq Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Klub üzvlərini hava limanında pərəstişkarları böyük coşqu ilə qarşılayıblar. 

Təyyarə yola düşməmişdən əvvəl  klubun sosial şəbəkə hesabında da səfərlə bağlı paylaşım edilib. 

Qeyd edək ki, avqustun 10-da “Neftçi Arena”da keçiriləcək sözügedən matç saat 21:00-da start götürəcək.