Universiadada iştirak etmiş idmançılarımız Vətənə qayıtdı
Çinin Çendu şəhərində keçirilmiş XXXl Ümumdünya Yay Universiadasında iştirak etmiş Azərbaycan idmançıları Vətənə qayıdıblar.
Redaktor.az-ın məlumatına görə, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin nümayəndələri, idmançıların yaxınları və azarkeşlər qarşılayıblar.
Qeyd edək ki, Universiadada 3 gümüş və 6 bürünc medal qazanan Azərbaycan yarışı 38-ci pillədə başa vurub.
Bədii gimnastikada Zöhrə Ağamirova 2 gümüş və 1 bürünc medala yiyələnib.
Cüdoçulardan Rəşid Məmmədəliyev (73 kq) ikinci, Leyla Əliyeva (48 kq) və Yaşar Nəcəfov (66 kq) üçüncü yeri tutublar. Daha bir bürünc medalı kişilərdən ibarət cüdo yığması əldə edib.
Taekvondoda Minayə Əkpərova (46 kq), avarçəkmədə Bəhmən Nəsiri fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.