"Qarabağ" Finlandiya klubuna qalib gəldi

 22:02 10.08.2023     860

"Qarabağ" bu mövsüm UEFA Avropa Liqasında ilk oyununu keçirib.

Redaktor.az-ın məlumatına görə, "köhlən atlar" III təsnifat mərhələsinin birinci matçında Bakıda Finlandiyanın HİK komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan görüş Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Qarşılaşmada hesabı 4-cü dəqiqədə Azərbaycan çempionundan Marko Yankoviç açsa da, VAR hakimləri ofsayd qeydə alıblar. Nəticədə "Qarabağ"ın qolu ləğv edilib. Bununla belə, Qurban Qurbanovun komandası 55-ci dəqiqədə Leandro Andrade ilə ilk qolu vurublar. 77-ci dəqiqədə qonaqlardan Entoni Olusanya hesabı bərabərləşdirib. Son nöqtəni isə 85-ci dəqiqədə "Qarabağ"ın yeni transferi Juninyo qoyub.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 17-də keçiriləcək.

***

21:48

Bakıda "Qarabağ" və Finlandiya HİK-i arasında keçirilən UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda 3-cü qol vurulub.

Redaktor.az-ın məlumatına görə, 85-ci dəqiqədə Juninyo "köhlən atlar"ı yenidən hesabda önə keçirib.

***

21:38

Bakıda "Qarabağ" və Finlandiya HİK-i arasında keçirilən UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab dəyişib.

Redaktor.az-ın məlumatına görə, qonaqlar 77-ci dəqiqədə Entoni Olusanyanın qolu ilə tarazlığı bərpa ediblər - 1:1.

***

21:18

Bakıda "Qarabağ" və Finlandiya HİK-i arasında keçirilən UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

Redaktor.az-ın məlumatına görə, Leandro Andrade 55-ci dəqiqədə Azərbaycan çempionunu önə keçirib.

***

20:56

Bakıda "Qarabağ" və Finlandiya HİK-i arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda birinci hissə yekunlaşıb.

Redaktor.az-ın məlumatına görə, ilk yarıdan sonra qapılara qol vurulmayıb.

***

20:00

Bakıda "Qarabağ" və Finlandiya HİK-i arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu başlayıb.

Redaktor.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüş saat 20:00-da start götürüb.

Matçın baş hakimi israilli Roy Reinsreyberdir.

Qeyd edək ki, komandaların cavab qarşılaşması avqustun 17-də Helsinkidə olacaq.