Ronaldo Səudiyyə Ərəbistanında həbs oluna bilər
“Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Ərəb Çempionlar Klublar Kuboku çərçivəsində İraq “Əl-Şorta” ilə matçda (1:0) xristian jestinə görə həbs oluna bilər.
Redaktor.az "gazeta.ru"ya istinadla xəbər verir ki, ulduz forvard bu görüşdə qol vurub. Qolu qeyd edən Kriştiano xristian jesti edib. Səudiyyə Ərəbistanında xristianların hər hansı jesti cinayət sayılır, çünki onları nümayiş etdirən şəxsin başqa insanları öz inancına çevirmək istədiyinə inanılır.
Qeyd edək ki, Ronaldo yarım ildir Səudiyyə Ərəbistanı çempionatında oynayır və yüksək profilli yay transferlərindən sonra liqada ən çox maaş alan oyunçu olmağa davam edir. Yanvarın 2-də Ronaldo, ildə 200 milyon avro alacağı müqaviləyə əsasən Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun oyunçusu oldu.
Ötən mövsüm “Əl-Nəsr” liqanı “Əl-İttihad”dan sonra ikinci yerdə tamamlayıb.
Ronaldonun son Avropa klubu “Mançester Yunayted” olub.
Turan İSMAYIL