Neymar "Barselona" ilə razılaşdı

 18:19 11.08.2023     345

Fransanın "Paris Sen-Jermen" (PSJ) futbol klubunun braziliyalı hücumçusu Neymar İspaniyanın "Barselona" klubu ilə müqavilə imzalayıb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə İspaniyanın “El Chiringuito” telekanalı məlumat yayıb.

Mənbənin məlumatına görə, futbolçu klubu ilə daha bir mövsüm uzatmaq şərti ilə iki illik müqavilə imzalayacaq. Braziliyalının yeni komandada illik maaşı 13 milyon avro olacaq.

Qeyd edək ki, avqustun 7-də "L'Equipe" nəşri Neymarın bu yay PSJ-dən ayrılmaq qərarına gəldiyini və niyyətini Fransa klubunun rəhbərliyinə açıqladığını yazıb. Avqustun 10-da "Sport.es" saytı PSJ-nin futbolçunu "Barselona"ya satmağa razılaşdığını yazıb.

Neymarın 31 yaşı var, 2017-ci ildə dünya futbolu üçün rekord məbləğə - 222 milyon avroya "Barselona"dan PSJ-yə keçib. Fransa komandasının tərkibində forvard 173 oyun keçirib, 118 qol vurub, 77 məhsuldar ötürmə edib. Futbolçu PSJ ilə birlikdə 5 qat Fransa çempionu və 4 dəfə ölkə Superkubokunun qalibi olub, 3 dəfə Fransa Kubokunu və 2 dəfə Fransa Liqa Kubokunu qazanıb.

Turan İSMAYIL