"Fənərbağça" "Mançester Yunayted"in futbolçusunu transfer etdi

 23:43 11.08.2023     426

Türkiyə "Fənərbağça"sı İngiltərə "Mançester Yunayted"inin futbolçusu Fredi transfer edib.

Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi tibbi müayinədən keçmək və müqaviləyə imza atamaq üçün avqustun 12-də İstanbula yollanacaq.

Hələlik 30 yaşlı oyunçu ilə sözləşmənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Fred 2018-ci ildən "Mançester Yunayted"də çıxış edirdi. Təcrübəli futbolçu "qırmızı şeytanlar"ın heyətində 213 oyun keçirib.