Azərbaycan Premyer Liqasında ikinci tura start verilir

 09:48 12.08.2023     236

Bu gün Azərbaycan Premyer Liqasında ikinci turun oyunları start götürəcək.

Redaktor.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Açılış matçında “Qəbələ” “Dalğa Arena”da “Araz-Naxçıvan”la üz-üzə gələcək. Saat 18:00-da başlayacaq qarşılaşmanın baş hakimi Fərid Hacıyev olacaq.

Hazırda xalı olmayan komandalar 9-10-cu pillələrdə qərarlaşıblar.

Günün digər oyununda isə “Zirə” evdə “Kəpəz”lə qarşılaşacaq. Kamal Umudlunun idarə edəcəyi görüş saat 21:00-da start götürəcək.

İlk turdan sonra hərəyə 3 xalı olan bu iki kollektiv 4-5-ci yerləri bölüşdürürlər.

Qeyd edək ki, turun “Qarabağ” – “Turan Tovuz” və “Sumqayıt” – “Sabah” görüşləri avqustun 13-də, “Neftçi” – “Səbail” matçı isə avqustun 14-də baş tutacaq.