Beynəlxalq turnirdə iki idmançımız qızıl medal qazandı - VİDEO

Kayak və kanoe üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandamız Rusiyanın Barnaul şəhərində SSRİ İdman Ustası Konstantin Kostenkonun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edir.
Redaktor.az xəbər verir ki, 10-a yaxın ölkədən olan idmançıların qatıldığı yarışda yığma komandamız böyük məşqçi Mirnazim Cavadovun rəhbərliyi altında mübarizə aparır.
İlk yarış günü avarçəkənlərimiz üçün uğurlu nəticə ilə yadda qalıb. 1 nəfərlik kayak qayığında 15 yaşadək idmançılar arasında 1000 metr məsafəyə yarışda Əlimurad Hacızadə bütün rəqiblərini qabaqlamaqla fəxri kürsün ən yüksək pilləsinə qalxıb. Eyni yaş kateqoriyasında 2 nəfərlik kayak qayığında 500 metr məsafəyə mübarizə də təmsilçilərimizin qələbəsilə başa çatıb – Əlimurad Hacızadə və Vacib Babayev dueti ən yaxşı nəticə ilə xatirə turnirinin qalibi olub.