Dembele rəsmən PSJ-də

 13:11 12.08.2023     293

Fransanın PSJ komandası "Barselona"nın futbolçusu Usman Dembelenin transferini açıqlayıb.

Redaktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı hücumçu ilə 2028-ci ilin yayınadək müqavilə imzalanıb.

Fransalı forvard Paris təmsilçisində 23 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Usman Dembele 2017-ci ilin avqustundan "Barselona"da çıxış edirdi. Fransa millisinin üzvü daha əvvəl ölkəsinin "Renn" və Almaniyanın "Borussiya" (Dortmund) klublarının da şərəfini qoruyub.