Şahmatçımız 1/8 finala qələbə ilə başladı

 22:04 12.08.2023     337

Bakıda təşkil olunan şahmat üzrə Dünya Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib.

Redaktor.az-ın məlumatına görə, Azərbaycan şahmatçısı Nicat Abasov ağ fiqurlarla Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Saleh Salemi məğlub edib.

Bərabər mübarizə şəraitində keçən oyunun sonunda Abasov rəqibinə çətin anlar yaşadıb.

S.Salem bu təzyiqin qarşısında səhv gediş edib. Beş saat davam edən partiya 54-cü gedişdə Azərbaycan şahmatçısının qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, şahmatçılar arasında ikinci oyun avqustun 13-də keçiriləcək.