Neymar “Əl-Hilal” futbol klubundan təklif aldı

 12:22 13.08.2023     314

Fransanın “PSJ” futbol klubunun braziliyalı hücumçusu Neymar Səudiyyə Ərəbistanının “Əl-Hilal” futbol klubundan təklif alıb.

Redaktor.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano X-də məlumat yayıb.

Mənbənin məlumatına görə, “Əl-Hilal” Fransa komandasına böyük məbləğ təklif edib

Hazırda danışıqlar aparılır. Braziliyalının keçiddə maraqlı olduğu qeyd edilib.

Neymarın 31 yaşı var, 2017-ci ildə dünya futbolu üçün rekord məbləğə - 222 milyon avroya “Barselona”dan “PSJ”yə keçib. Fransa komandasının tərkibində forvard 173 oyun keçirib, 118 qol vurub, 77 məhsuldar ötürmə edib.