PSJ Mbappe ilə müqaviləni uzatmaq istəyir

 15:25 13.08.2023     311

Fransanın Paris Saint-Germain futbol klubu hücumçu Kilian Mbappe ilə müqaviləni uzatmaq istəyir.

Redaktor.az xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.

Mənbənin sözlərinə görə, PSJ Mbappenin 2022-ci ildə verdiyi vədlərə əməl olunmasını istəyir.

Xatırladaq ki, ötən ilin mayında mətbuatda Mbappenin PSJ ilə 2024-cü ilin yayına qədər qüvvədə olan yeni müqavilə imzaladığı barədə məlumatlar yayılmışdı. Eyni zamanda, digər mənbələr futbolçunun artıq “Real Madrid”lə müqavilə imzaladığını bildirib.

Qeyd edək ki, Mbappe 2024-cü ildən sonra müqaviləni yeniləməkdən imtina edib. Mövsümün sonunda o, azad agentə çevrilə bilər. Ötən mövsüm PSJ 38 turda 86 xalla Fransa Liqa 1-in qalibi olub. Mbappe 34 matçda iştirak edib, bu matçlarda 29 qol vurub və 5 məhsuldar ötürmə edib.