Azərbaycanın iki qadın güləşçisi bürünc medal qazandı
Azərbaycanın iki qadın güləşçisi Belarusda keçirilən II MDB Oyunlarında bürünc medal qazanıb.
Redaktor.az-ın məlumatına görə, Soliqorskda baş tutan görüşlərdə Yasəmən Məcidli (50 kq) və Birgül Soltanova (65 kq) öz çəki dərəcələrində üçüncü yeri tutublar.
Bununla da II MDB Oyunlarında güləş yarışlarına yekun vurulub.