İtaliya millisinin baş məşqçisi istefaya göndərildi

 21:31 13.08.2023     306

İtaliya millisinin baş məşqçisi Roberto Mançini istefaya göndərilib.

Redaktor.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının (FIGC) mətbuat xidməti məlumat yayıb.

Yeni məşqçi yaxın günlərdə təqdim olunacaq.

Mançininin istefasının mümkün səbəbi kimi millinin Avro-2024-ün seçmə qrupunda üçüncü yeri tutması göstərilir. İtaliya yığması Ukrayna və İngiltərəyə uduzub.

Roberto Mançini 2018-ci ildən İtaliya millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında 2020-ci ildə milli komanda 1968-ci ildən sonra ilk dəfə Avropa çempionatının qalibi olub.