Mançini istefaya göndərildi
Futbol üzrə İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini istefaya göndərilib.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Yeni baş məşqçinin yaxın bir neçə gün ərzində təqdim olunacağı bildirilir.
Qeyd edək ki, Mançini 2018-ci ildən İtaliya millisinə rəhbərlik edir.