Arda Güler ​​əməliyyat olundu

 20:30 14.08.2023     282

İspaniyanın “Real Madrid” klubunun yeni transfer etdiyi türkiyəli futbolçu Arda Güler əməliyyat olunub.

Redaktor.az xəbər verir ki, bu haqda klub açıqlama yayıb.

Açıqlamada Ardanın sağ dizindən artroskopik əməliyyat olunduğu və 18 yaşlı futbolçunun tezliklə sağalma proqramına başlayacağı bildirilib.

Xatırladaq ki, futbolçu iyulun 21-də “Real Madrid”in məşqində sağ dizin daxili menisküsündən zədələnib.

Qeyd edək ki, A.Güler “Real”la 6 illik müqavilə imzalayıb.