“Çelsi”dən rekord transfer
“Çelsi” futbol klubu “Brayton”un yarımmüdafiəçisi Moises Kaysedonu transfer edib.
Redaktor.az xəbər verir ki, bu haqda klub rəsmi saytında açıqlama verib.
““Çelsi”yə qoşulduğum üçün çox xoşbəxtəm! Mən bu böyük klubda olduğum üçün çox xoşbəxtəm. Klubdan zəng gələndə iki dəfə düşünməli deyildim, sadəcə bu kluba imza atmaq istədiyimi bilirdim. Burada olmaq gerçəkləşən arzumdur və komanda ilə işləməyə başlamaq üçün səbirsizlənirəm”, - futbolçu bildirib.
Qeyd edək ki, transfer məbləği İngiltərə futbolu üçün rekorddu və 133,5 milyon avro təşkil edir. Futbolçu ilə müqavilə 8 illik imzalanıb.