"Mançester Siti"nin ulduzu bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq

 18:35 15.08.2023     346

"Mançester Siti"nin belçikalı yarımmüdafiəçisi Kevin De Bruyne əməliyyat tələb edən zədə səbəbindən bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.

Redaktor.az xəbər verir ki, bu barədə İngiltərə komandasının baş məşqçisi Xosep Qvardiola İspaniyanın "Sevilya"sı ilə UEFA Superkuboku matçı ərəfəsində jurnalistlərə açıqlama verib.

"Onun ciddi zədəsi var, əməliyyata ehtiyacı var, bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq" deyən Qvardiola futbolçunun sağalmasının altı aya qədər çəkə biləcəyini qeyd edib.

"Bu, böyük itkidir, çünki o, xüsusi keyfiyyətlərə malikdir", - məşqçi əlavə edib.

Qeyd edək ki, De Bruyne 2015-ci ildən "Mançester Siti"də çıxış edir.

Turan İSMAYIL