Taekvondoçumuz Avropa paralimpiya çempionatında medal qazandı
Azərbaycanın daha bir parataekvondoçusu Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında medal qazanıb.
Redaktor.az-ın məlumatına görə, 63 kq çəki dərəcəsində mübarizə aparan Amin Şıxalıyev turnirdə üçüncü yeri tutub.
Qeyd edək ki, buna qədər Azərbaycan idmançıları qitə birinciliyində 9 medal əldə ediblər. Şəhanə Hacıyeva (cüdo, 48 kq) və Xanım Hüseynova (cüdo, 70 kq) Avropa çempionu olublar. İlham Zəkiyev (cüdo, +90 kq), Dürsədəf Kərimova (cüdo, +70 kq), Namiq Abaslı (cüdo, 73 kq), Röyalə Fətəliyeva (taekvondo, 52 kq) gümüş, Sabir Zeynalov (taekvondo, 58 kq), İsmayıl Muradov (cüdo, 60 kq) və Xatirə İsmiyeva (cüdo, +70 kq) isə bürünc mükafata sahib çıxıblar.