Neymar "Əl-Hilal"a KEÇDİ

 22:19 15.08.2023     361

Braziliyalı hücumçu Neymar Fransanın "Paris Sen-Jermen" klubundan Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçib. 

Redaktor.az "Lenta.ru" ya istinadən xəbər verir ki, bu barədə komandanın "Twitter" səhifəsində məlumat verilib.

Səudiyyə Ərəbistanından olan komanda 31 yaşlı futbolçunu klub forması ilə təqdim edərək, transferini açıqlayıb. Sövdələşmənin maliyyə detalları açıqlanmayıb. PSJ hücumçunu bonuslar nəzərə alınmadan 90 milyon avroya satıb.

Yusif EYVAZLI