DÇ-nin finalında İngiltərə və İspaniya milliləri qarşılaşacaq
Qadınlar arasında dünya çempionatının yarımfinalında İngiltərə Avstraliyaya 3:1 hesabı ilə qalib gəlib.
Redaktor.az xəbər verir ki, görüş Sidneydəki Olimpiya Stadionunda keçirilib.
İngilislərin heyətində Ella Thun (36-cı dəqiqə), Lauren Hemp (71), Alessia Russo (86) fərqləniblər. Məğlub komandanın qolunu Samanta Kerrin (63) vurub.
Finalda İngiltərə yığması yarımfinalda isveçliləri məğlub edən (2:1) İspaniya yığması ilə oynayacaq. Dünya çempionatının həlledici görüşü avqustun 20-də keçiriləcək.
Turan İSMAYIL