Messi "İnter Mayami"də 9-cu qolunu vurub

 16:05 16.08.2023     403

Lionel Messi "İnter Mayami"də növbəti qolunu vurub.

Redaktor.az xəbər verir ki, argentinalı hücumçu  MLS + MX Liqa Kubokunun yarımfinalında "Filadelfiya Union"a 4:1 hesabı ilə qalib gəldikləri matçda komandasının 2-ci qolunun müəllifi olub.

"Filadelfiya Union"- "İnter Mayami" - 1:4
Qollar: Bedoya, 73 (1:0), Martines, 3 (1:1), Messi, 20 (1:2), Alba, 45+3 (1:3), Ruis, 84 (1:4)

Bu qələbə ilə "İnter Mayami" yarımfinala yüksəlib.

36 yaşlı hücumçu isə Amerika təmsilçisində ümumilikdə 9-cu (6 oyuna) qolunu vurub və klubun bombardirlər siyahısında 3-cü pilləyə yüksəlib.