Şahmatçımız Dünya Kubokunun yarımfinalına yüksəldi

 21:44 16.08.2023     411

28 yaşlı Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda yarımfinala yüksəlib.

Redaktor.az xəbər verir ki, qrossmeyster 1/4 final mərhələsinin cavab oyununda Hindistan təmsilçisi Vidit Santoşu məğlub edib.

İlk qarşılaşma heç-heçə başa çatmışdı.

Bundan əvvəl Nicat Abasov 1/8 final mərhələsində Birləşmiş Ərəb Əmirliklərindən olan Saleh Salemi, Vidit Santoş isə Beynəlxalq Şahmat Federasiyanın bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşini mübarizədən kənarlaşdırıb.