HİK - "Qarabağ" oyunu başladı

 20:02 17.08.2023     754

Finlandiyada HİK və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu başlayıb.

Redaktor.az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürüb.

Görüşü Fransadan olan FİFA referisi Villi Delajod idarə edir. İlk oyunda Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. Cütün qalibi növbəti raundda Sloveniya çempionu "Olimpiya" ilə üz-üzə gələcək.