"Qarabağ"ın müdafiəçisi zədələndi

 21:29 17.08.2023     749

"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə zədələnib.

Redaktor.az-ın məlumatına görə, 26 yaşlı müdafiəçi Finlandiya HİK-ə qarşı keçirdikləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyununda sıradan çıxıb.

İkinci hissədə onun yerinə meydana Bədavi Hüseynov daxil olub.

Qeyd edək ki, hazırda görüşdə hesab bərabərdir - 1:1. Bakıdakı ilk matçda "köhlən atlar" qələbə qazanıb - 2:1.