"Beşiktaş" - "Neftçi" oyunu başladı

 22:02 17.08.2023     522

“Neftçi” ilə Türkiyənin “Beşiktaş” klubu arasında İstanbulda keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu başlayıb.

Redaktor.az-ın məlumatına görə, “Beşiktaş” stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 22:00-da start götürüb.

Qarşılaşmanı avstriyalı hakim Yulian Veynberger idarə edir.

Qeyd edək ki, komandalar arasında ötən həftə Bakıda reallaşan ilk matçda “Beşiktaş” 3:1 hesablı qələbə qazanıb.