“Neftçi” “Beşiktaş”a məğlub olaraq, avrokuboklarla vidalaşdı

 23:57 17.08.2023     414

“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib.

Redaktor.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi İstanbulda Türkiyə klubu “Beşiktaş”ın qonağı olub.

Bakıda gerçəkləşən birinci matçda 1:3 hesabı ilə məğlub olan “Neftçi” gözlənilmədən “Beşiktaş” stadionunda ilk qolu vuran tərəf olub. 36-cı dəqiqədə kapitan Emin Mahmudov hesabı açıb. Bu, komandamızı ümidləndirsə də, üstünlüyü qoruyub saxlamaq mümkün olmayıb.

Meydan sahibləri fasilədən sonra geridönüş etməyi bacarıblar. Əvvəlcə 57-ci dəqiqədə Vensan Abubakar dəqiq zərbə ilə toru silkələyib. 71-ci dəqiqədə Cekson Muleka komandasının qələbə qoluna imza atıb.

Beləliklə, cavab matçında rəqibinə 1:2 hesabı ilə məğlub olan “Neftçi” avrokuboklarla vidalaşıb. “Beşiktaş” isə pley-off mərhələsinə yüksəlib. İstanbul nəhənginin növbəti raunddakı rəqibi Ukrayna klubu “Dinamo” (Kiyev) olacaq.