İtaliya çempionatının rekordçusu vəfat etdi

 18:54 19.08.2023     350

İtaliyalı futbol məşqçisi Karlo Mazzone 86 yaşında vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə jurnalist Canluka Di Marzio öz saytında məlumat verib.

Onun ölümünün səbəbləri açıqlanmayıb.

Mazzone "Latina", "Roma", SPAL, "Siena" və "Ascoli" klublarında çıxış edib. O, məşqçilik karyerasına 1968-ci ildə Ascoli-də başlayıb, 1974-cü ildə məşqçi kimi ölkə çempionatının yüksək divizionunda debüt edib. Mazzone “Fiorentina”, “Katanzaro”, “Bolonya”, “Leççe”, “Peskara”, “Kalyari”, “Roma”, “Napoli”, “Peruca”, “Breşiya” və “Livorno”ya rəhbərlik edib. O, məşqçilik karyerasını 2006-cı ildə başa vurub.

Mazzone baş məşqçi kimi keçirdiyi matçların sayına görə İtaliya çempionatının ən yüksək divizionunun rekorduna sahibdir - 792.

Turan İSMAYIL