Şahmatçımız Karlsenə uduzdu
Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda yarımfinal mərhələsinin ilk oyununu keçirib.
Redaktor.az xəbər verir ki, 28 yaşlı qrosmeyster bu raundda norveçli Maqnus Karlsenlə üz-üzə gəlib.
Güclü rəqibinə qarşı qara fiqurlarla oynayan şahmatçımız ilk dueldən məğlub ayrılıb.
Qeyd edək ki, Nicat Abasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşu, Maqnus Karlsen isə onun həmyerlisi Dommaracu Qukeşi üstələyib.