“Tottenhem” “Mançester Yunayted”i məğlub etdi

 23:59 19.08.2023     490

İngiltərə Premyer Liqasının ikinci turunun mərkəzi qarşılaşması Londonda “Tottenhem” və “Mançester Yunayted” arasında baş tutub.

Redaktor.az xəbər verir ki, matç “Tottenhem Hotspur Stedium”da keçirilib.

Oyunun 55-ci dəqiqəsində londonluların yarımmüdafiəçisi Pape Sarr hesabı açıb. 83-cü dəqiqədə “mahmızlar” qolların sayını 2-yə çatdırıblar: müdafiəçi Ben Devisin zərbəsindən sonra top Lisandro Martinesə toxunaraq qapıya yuvarlanıb.

Beləliklə, matç “Tottenhem”in inamlı qələbəsi ilə başa çatıb – 2:0.

Xatırladaq ki, ötən mövsüm komandalar iki dəfə qarşılaşıblar. Liqanın birinci dövriyyəsində “qırmızı şeytanlar” “mahmızlar”ı 2:0 hesabı ilə məğlub ediblər. İkinci dövriyyədə isə komandalar heç-heçəyə razılaşıblar – 2:2.

Ötən mövsümün yekununda “Mançester Yunayted” turnir cədvəlində üçüncü yerdə, “Tottenhem” isə səkkizinci pillədə qərarlaşıb.