Neymar yaxın vaxtlarda debüt edə BİLMƏYƏCƏK
“Əl-Hilal”ın baş məşqçisi Jorje Jesus bildirib ki, hücumçu Neymar yaxın vaxtlarda yeni klubunda debüt edə bilməyəcək.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, o Neymarın komandaya zədəli vəziyyətdə gəldiyini deyib: "Kiçik əzələ problemi var. Onun nə vaxt qayıdacağı, oynamağa və məşq etməyə hazır olacağını dəqiq bilmirəm".
Xatırladaq ki, Neymar Səudiyyə Ərəbistanı klubu ilə 2 illik müqavilə imzalayıb.