Azərbaycan şahmatçısı finala çıxa bilmədi

 20:59 20.08.2023     477

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda finala çıxa bilməyib.

Redaktor.az-ın məlumatına görə, 28 yaşlı qrossmeyster yarımfinalda beşqat dünya çempionu, norveçli Maqnus Karlsenə iki oyunun cəmində məğlub olub.

İlk görüşdə rəqibinə uduzan Abasova cavab duelində mütləq qələbə lazım idi. Lakin o, ağ fiqurlarla heç-heçə edib. Nəticədə rəqibinə 0,5:1,5 hesabı ilə uduzan şahmatçımız avqustun 22-də üçüncü yer uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq.