Azərbaycan millisi növbəti dəfə məğlub oldu
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib.
Redaktor.az-ın məlumatına görə, Ataman Güneyligilin baş məşqçi olduğu komanda Türkiyə yığması ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan kollektivinin 0:3 (13:25, 13:25, 13:25) hesablı məğlubiyyəti ilə bitib.
Qeyd edək ki, milli ilk matçında Çexiyaya 3:0 hesabı ilə qalib gəlib, ikinci görüşdə Almaniyaya uduzub 1:3.