“Neftçi” tarixində ikinci dəfə uğursuz seriya ilə üzləşdi

 10:03 21.08.2023     320

“Neftçi” tarixində ikinci dəfə uğursuz seriya ilə üzləşib.

Redaktor.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, “ağ-qaralar” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə keçirdiyi ilk üç oyunda 2 xal toplayaraq, bunu reallaşdırıb.

Bakı təmsilçisi 1992-ci ildən daimi iştirakçısı olduğu çempionatda buna qədər bir dəfə belə startla üzləşib. "Neftçi" 2017/2018 mövsümünün ilk üç qarşılaşmasında qələbə qazanmayıb. Altı il əvvəl “Qarabağ”a 1:2, “Səbail”ə 0:1 hesabı ilə uduzan komanda “Kəpəz”lə qolsuz heç-heçə edib.

Qeyd edək ki, “Neftçi” cari mövsümün ilk üç matçında “Kəpəz”ə 0:1 hesabı ilə uduzub, “Səbail” və “Sabah”la (1:1) heç-heçə edib.