“Qarabağ” braziliyalı futbolçunu transfer etdi

 00:00 21.08.2023     122

“Qarabağ”  Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubundan Mateus Silvanı transfer edib. 

Redaktor.az Ağdam təmsilçisinin saytına istinadən xəbər verir ki, uzun müddət davam edən danışıqlar uğurla tamamlanıb və 25 yaşlı müdafiəçi ilə 2+2 illik müqavilə imzalanıb. 

Braziliyalı futbolçu komandada 2 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Qarabağ” bu yay Hamidu Keyta, Juninyo, Patrik Andrade, Andrey Lunyevi transfer edib qafqazinfo).