UEFA-dan “Fənərbaxça”ya CƏZA

 22:07 22.08.2023     337

UEFA “Fənərbaxça”nın səfərdə “Maribor”u 3:0 hesabı ilə məğlub etdikdən sonra yaşanan tribuna hadisələrinə görə Türkiyə klubuna verdiyi cəzanı açıqlayıb.

Redaktor.az xəbər verir ki, UEFA-dan verilən açıqlamaya görə, klubun “əşya atması, atəşfəşanlıq, zərərli hərəkətlər etməsi və kütləni narahat etməsi” səbəbi ilə cəzalandırılmasına qərar verilib.

Açıqlamada “Fənərbaxça”nın UEFA Avropa Konfrans Liqasında oynanılacaq növbəti səfər matçı üçün azarkeşlərinə bilet satışının qadağan edildiyi və 30 min avro cərimə olunduğu qeyd edilib.

UEFA ev sahibi Maribor komandasını da 40 min avro cərimələyib.