Şahmatçımız üçüncü yer uğrunda ikinci oyunda uduzdu
Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda keçirilən Dünya Kubokunda üçüncü yer uğrunda ikinci oyununda məğlub olub.
Redaktor.az-ın məlumatına görə, 28 yaşlı qrossmeyster ABŞ təmsilçisi Fabiano Karuanaya yenilib.
Şahmatçılar avqustun 24-də tay-breykdə üz-üzə gələcəklər.
Qeyd edək ki, bu gün, həmçinin, finalın ikinci oyunu baş tutub. Rameşbabu Praqqnanandha (Hindistan) 5 qat dünya çempionu Maqnus Karlsenlə (Norveç) bərabərə qalıb. İlk dueldə də qalib müəyyənləşmədiyi üçün tay-breykə ehtiyac duyulub.