Yeniyetmə qız cüdoçumuz ölkənin tarixinə düşdü

 20:47 24.08.2023     345

Azərbaycanın yeniyetmə cüdoçusu Xədicə Qədəşova ölkənin tarixinə düşüb.

Redaktor.az xəbər verir ki, idmançı buna Xorvatiyada keçirilən dünya çempionatında qızıl medal qazanmaqla nail olub.

Qədəşova Azərbaycanda bütün yaş kateqoriyalarında dünya çempionatlarında bunu bacaran ilk cüdoçudur.

Qeyd edək ki, Xədicə Qədəşova bu il Portuqaliyada keçirilən yeniyetmələrin Avropa çempionatında bürünc medal əldə edib (report).