“Araz-Naxçıvan” əsas mərhələyə vəsiqə qazana bilmədi
“Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazana bilməyib.
Redaktor.az-ın məlumatına görə, Vitali Borisovun yetirmələri ilkin raundda yer aldıqları qrupdan çıxa bilməyiblər.
A qrupunda qərarlaşan Azərbaycan çempionu son turda Latviya təmsilçisi “Riqa” ilə qarşılaşıb. Hər iki klub ilk iki turu itkisiz başa vurduğundan, qalib komanda birinci yeri tutacaqdı. Latviyada reallaşan qarşılaşmada meydan sahibləri 8:3 hesablı qələbə qazanaraq, maksimum nəticə toplayıb və əsas mərhələyə yüksəliblər.
Qrupu 6 xalla ikinci sırada tamamlayan “Araz-Naxçıvan” isə növbəti mərhələyə adlaya bilməyib.
UEFA Çempionlar Liqası
İlkin seçmə mərhələ
A qrupu, III tur
26 avqust
18:00. “Riqa” (Latviya) - “Araz-Naxçıvan” (Azərbaycan) – 8:3
Qollar: Dmitri Kuzmin, 2:30. Talles, 10:24. Serjinyo, 18:26, 27:12. Artur Strajdin, 24:38. Rikardinyo, 30:05, 39:57, İqor Labuts, 32:54 – Amadeu, 14:17, 15:05. Lukas, 33:51
Hakimlər: Arttu Kinaerenen (Finlandiya), Martina Pitsolo (İtaliya), Georgios Kozakos (Kipr)
Hakim-inspektor: Vyaçeslav Daraqan (Ukrayna)
UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)
Salaspils İdman Arenası
1 |
Riqa |
3 |
3 |
0 |
0 |
33-5 |
9 |
2 |
Araz-Naxçıvan |
3 |
2 |
0 |
1 |
17-9 |
6 |
3 |
Yan Reqensburq |
3 |
1 |
0 |
2 |
4-9 |
3 |
4 |
İstanbul Şişli |
3 |
0 |
0 |
3 |
3-34 |
0 |