"Zirə" ardıcıl dördüncü qələbəsini qazandı

 21:43 26.08.2023     297

Azərbaycan Premyer Liqasında IV turun oyunları davam edir.

Redaktor.az-ın məlumatına görə, günün ikinci matçı Zirə İdman Kompleksinin stadionunda keçirilib.

İlk üç turda maksimum nəticə göstərən “Zirə” ötən mövsümün gümüş mükafatçısı “Sabah”ı qəbul edib.

Artıq 2-ci dəqiqədə hesab açılıb. Ukraynalı hücumçu Vladislav Kulaç meydan sahiblərini önə keçirib. 67-ci dəqiqədə isə qonaqlardan Amin Seydiyev qırmızı vərəqə alaraq meydandan qovulub.

Qarşılaşmada başqa qol olmayıb və "qartallar" ardıcıl 4-cü qələbə ilə liderliyini davam etdirir. Bir oyun az keçirən "Sabah" isə 4 xalla beşinci sıradadır.

Turun əvvəlki oyunlarında “Araz-Naxçıvan”la “Sumqayıt” heç-heçə (1:1) ediblərsə, “Səbail” səfərdə “Turan Tovuz”a 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, tura avqustun 27-də keçiriləcək “Neftçi” – “Qəbələ” və “Qarabağ” – “Kəpəz” matçları ilə yekun vurulacaq.