Mbappenin gələcəyi ilə bağlı AÇIQLAMA

 16:41 27.08.2023     256

PSJ qapıçısı Canluici Donnarumma komanda yoldaşı Kilian Mbappenin klubdakı gələcəyi haqda danışıb.

Redaktor.az "RMC Sport"a istinadən xəbər verir ki, o, Fransa Liqa 1-in 3-cü turunda "Lans"a 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib: “Kilian ilə oynamaq fantastikdir. O, PSJ-də qalacaq? Bəli, bəli, əlbəttə ki (gülür)".

Qeyd edək ki, Mbappe "Lans"la matçda dubla imza atıb.

Xatırladaq ki, fransalı hücumçunun Paris təmsilçisi ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatır.