Ferstappen ardıcıl 9-cu qələbəsini qazanaraq, rekordu təkrarladı

 22:01 27.08.2023     430

“Formula 1” üzrə dünya çempionatında Niderland Qran-prisinin qalibi müəyyənləşib.

Redaktor.az-ın məlumatına görə, 72 dövrəlik mübarizədə “Red Bull” pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.

Niderlandlı sürücü ardıcıl 9-cu Qran-pridə finişə birinci çataraq, Sebastian Fettelə məxsus rekordu təkrarlayıb.

“Aston Martin”dən Fernando Alonso ikinci, “Alpin”dən Pyer Qasli isə üçüncü yeri tutub.

Pilotların yarışında ümumi xallarının sayını 339-a çatdıran Ferstappen liderliyini bir qədər də möhkəmlədib. Onun komanda yoldaşı Serxio Peres 201 xalla ikinci, Fernando Alonso isə 168 xalla üçüncü pillədə qərarlaşıb.

Komandaların mübarizəsinə isə “Red Bull” 503 xalla başçılıq edir. “Mercedes” (247) ikinci, “Aston Martin” (196) üçüncü sırada yer alıb.

2