“Qarabağ” qələbəni əldən verdi

 23:59 27.08.2023     470

Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.

Redaktor.az xəbər verir ki, bağlanış matçında “Qarabağ” “Kəpəz”i qəbul edib.

Görüşdə qalib müəyyənləşməyib - 1:1.

Hesabı doqquzuncu dəqiqədə meydan sahiblərinin heyətində Juninyo açıb.

Lakin 86-cı dəqiqədə Cavad Kərimov bərabərliyi təmin edib.

Yeddi xalı olan “Qarabağ” üçüncüdür. “Kəpəz” dörd xalla doqquzuncu yerdə qərarlaşıb.