"Neftçi" Debretsen mərhələsinin finalına yüksəldi

 23:52 28.08.2023     300

“Neftçi” klubu Macarıstanda təşkil olunan 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Debretsen mərhələsində finala yüksəlib.

Redaktor.az-ın məlumatına görə, Azərbaycan komandası yarımfinalda Macarıstan millisinə qalib gəlib.

Üstün oyun sərgiləyən Bakı klubu rəqibini 22:14 hesabı ilə məğlub edib. “Neftçi”nin finaldakı rəqibi Almaniyanın “Düsseldorf Zoos” klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə 23:25-də başlayacaq.

Qeyd edək ki, “Neftçi” 1/4 finalda Macarıstanın “Qyor” klubundan güclü olub.