"Qarabağ" "Olimpiya"ya qarşı cavab oyunu ərəfəsində son məşqinə çıxdı

 18:59 30.08.2023     274

"Qarabağ" Bakıda Sloveniyanın "Olimpiya" komandasına qarşı keçirəcəyi UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu ərəfəsində son məşqinə çıxıb.

Redaktor.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan hazırlığın ilk 15 dəqiqəsi media üçün açıq olub.

Qeyd edək ki, avqustun 31-də oynanılacaq "Qarabağ" - "Olimpiya" görüşü saat 20:00-da başlayacaq. Qurban Qurbanovun yetirmələri ilk matçda rəqibini 2:0 hesabı ilə məğlub ediblər.